USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TuranBank özünüməşğulluq proqramına dəstək olmağa davam edir

08.06.2023 Sərfəli Banklar
33 11
Uğurla davam edən özünüməşğulluq proqramına dəstək olaraq TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə, qazilərə əvəzsiz olaraq vəsaitlər, avadanlıq verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, Ağdam rayonundan Əliyev Fuad, Tərtər rayonundan Abbasova Əfsanə, Babayev Süleyman, Balacayev Xaliq, Bayramov Ramil və Bayramov Səxavət heyvandarlıq təsərrüfatlarını qurmaq üçün mal-qara və yemlə təmin ediliblər.

Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə və ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən TuranBank tərəfindən həyata keçirilir.

Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!

TuranBank

Bizimlə etibarlıdır...

  • Əvvəlki

    Pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edildi

Digər xəbərlər