USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“TuranBank” əməliyyat mənfəəti əldə edib

28.07.2023 Sərfəli Banklar
22 14
“TuranBank”ın faiz gəliri 10 milyon 219 min manat artaraq 38 milyon 473 min manata, faiz xərcləri isə 5 milyon 890 min manat artaraq 22 milyon 340 min manata yüksəlib. Buna görə də bank 12 milyon 471 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 1 milyon 665 min manat və ya 15.4 faiz çoxdur.

Kommersant.az xəbər verir ki, “TuranBank”ın qeyri-faiz gəliri 478 min manat azalaraq 5 milyon 38 min manata düşüb. Qeyri-faiz xərcləri isə 2 milyon 668 min manat artaraq 15 milyon 797 min manata çatıb. Nəticədə bank 1 milyon 712 min manat əməliyyat mənfəəti əldə edib.

  • Əvvəlki

    Şavkat Mirziyoyev Türkmənistana səfər edəcək

Digər xəbərlər