USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şavkat Mirziyoyev Türkmənistana səfər edəcək

28.07.2023 Siyasət
17 2
Özbəkistanın, Tacikistanın və Türkmənistanın xarici işlər nazirləri Bəxtiyor Saidov, Sirociddin Muxriddin və Rəşid Meredov arasında məsləhətləşmələr aparılıb.

Kommersant.az xəbər verir ki, bu barədə Özbəkistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Özbəkistan, Tacikistan və Türkmənistan prezidentlərinin bu il avqustun əvvəlində Aşqabadda keçiriləcək sammitinə hazırlıq və onun keçirilməsi məsələləri müzakirə olunub.

Nazirlər proqram layihəsini, qarşıdan gələn iclasın gündəliyini, həmçinin sammitin yekun sənədinin layihəsini müzakirə ediblər.

Bu kontekstdə nazirlər regional əməkdaşlığın prioritet aspektləri ətrafında fikir mübadiləsi aparıblar.