USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank”ın depozit portfeli 14.6 faiz artıb

07.08.2023 Sərfəli Banklar
23 1
“AccessBank”ın müştərilərindən topladığı depozitlərin həcminin artması bankın öhdəliklər cəminin artmasına səbəb olub.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “AccessBank” fiziki şəxslərdən aldığı əmanətlərin həcmini 77 milyon 613 min manat artaraq 796 milyon 626 min manata çatıb. Biznesmenlərin əmanətləri isə 47 milyon 915 min manat artaraq 188 milyon 956 min manata yüksəlib. Nəticədə bankın depozit portfeli 985 milyon 582 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 125 milyon 528 min manat və ya 14.6 faiz çoxdur.

Buna görə də bankın öhdəliklər cəmi 127 milyon 768 min manat və ya 12 faiz artaraq 1 milyard 183 milyon 861 min manat olub.