USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank” xalis mənfəət əldə edib

07.08.2023 Sərfəli Banklar
33 11
“AccessBank”ın faiz gəliri ötən ilin eyni rübü ilə müqayisədə 26 milyon 235 min manat və ya 40.9 faiz artaraq 90 milyon 290 min manata, faiz xərcləri isə 7 milyon 494 min manat artaraq 34 milyon 363 min manata çatıb. Buna görə də bank 55 milyon 927 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin 2-ci rübü ilə müqayisədə 18 milyon 741 min manat və ya 50.4 faiz çoxdur.

Kommersant.az xəbər verir ki, qeyri-faiz gəlirini 3 milyon 746 min manat artaraq 8 milyon 363 min manata, qeyri-faiz xərcləri isə 5 milyon 24 min manat artıran “AccessBank” yükunda əməliyyat mənfəəti əldə edib. Bankın sözügedən mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 17 milyon 463 min manat artaraq 24 milyon 418 min manat olub. Bu mənfəətdən 4 milyon 949 min manatı mümkün zərərlər üçün məqsədli ehtiyata ayrıldığı üçün “AccessBank”ın xalis mənfəəti 19 milyon 469 min manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 629 min manat çoxdur.

Qeyd edək ki, əldə olunan xalis mənfəətdən vergi xərcləri çıxılmayıb.

  • Əvvəlki

    “AccessBank”ın kapitalı artdı

Digər xəbərlər