USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail administrasiyasından "Quru əməliyyatı" mesajı

20.10.2023 Siyasət
0 0
İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallant İsrail ordusunun blokada altındakı Qəzza zolağına qarşı quru əməliyyatının qaçılmaz olduğu mesajını verib.

Netanyahu Qəzza sərhədi yaxınlığında əsgərlərlə görüşüb.

Sosial media hesabında əsgərlərlə şəklini paylaşan Netanyahu mesajına “Hazırıq” ifadəsini əlavə edib.

"Hizbullah müharibə istəyirsə, ilk növbədə Qəzza şəhərinin fotolarına baxmalıdır"

İsrailin müdafiə naziri Gallant da Qəzza sərhədindəki əsgərləri ziyarət edib.Oradakı İsrail əsgərlərinə xitabən Qalant, "İndi Qəzzanı uzaqdan görürsünüz. Tezliklə içəridən də görəcəksiniz" deyib.

Gallant, Livan sərhədində Hizbullah ilə yaşanan gərginliyə də toxunaraq, "Hizbullah müharibəyə başlamaq istəyirsə, ilk növbədə Qəzza şəhərinin fotolarına baxmalıdır" dedi.

İsrail ordusu: Hazırda Qəzzaya heç bir yardım buraxılmayacaq

İsrail ordusu hazırda blokadada olan Qəzza zolağına yardımların daxil olmasına icazə verilməyəcəyini açıqlayıb.

İsrail ordusunun sözçüsü Daniel Həqarinin keçirdiyi mətbuat konfransı İsrailin dövlət televiziyası KAN-da yayımlanıb.