USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azər Türk Bank”ın kredit portfeli 39 faiz artıb

12.01.2024 Sərfəli Banklar
0 0
“Azər Türk Bank”ın (qısaca-ATB) aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 30 milyon 808 min manat və ya 3.19 faiz artaraq 2023-cü ilin sonuna 995 milyon 536 min manata bərabərləşib. Bu artımda əsas pay kredit portfelinin üstünə düşüb.

Kommersant.az xəbər verir ki, bankın istehlak kreditləri 85 milyon 829 min manat artaraq 229 milyon 304 min manata, biznes kreditləri 12 milyon 69 min manat artaraq 47 milyon 305 min manata, ipoteka kreditləri isə 27 milyon 778 min manat artaraq 170 milyon 790 min manata yüksəlib. Buna görə də bankın kredit portfeli 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 125 milyon 676 min manat və ya 39.06 faiz artaraq 447 milyon 399 min manata yüksəkib.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 4 milyon 539 min manat artıraraq 10 milyon 339 min manata çatdırdığı üçün xalis kreditləri 437 milyon 60 min manata bərabər olub. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 121 milyon 137 min manat və ya 38.34 faiz çoxdur.

  • Əvvəlki

    “Azərbaycan Beynəlxalq Bankı” 2023-cü ili belə başa vurub - HESABAT

Digər xəbərlər