USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yelo Bank”ın aktivlər cəmi artıb

25.01.2024 Sərfəli Banklar
0 0
“Yelo Bank”ın cəmi aktivləri 2022-ci ilin son rübü ilə müqayisədə 744 milyon 917 min manat və ya 90.67 faiz artaraq 1 milyard 566 milyon 452 min manata yüksəlib. Bu artımda kredit portfelinin payı 19.11 faiz təşkil edib.

Kommersant.az xəbər verir ki, bankın müştərilərinə verdiyi istehlak kreditləri 54 milyon 189 min manat artaraq 207 milyon 637 min manata, biznes kreditləri 87 miylon 127 min manat artaraq 483 milyon 128 min manata, ipoteka kreditləri 1 miylon 46 min manat artaraq 73 milyon 544 min manata yüksəlib. Buna görə də bankın müştərilərinə verdiyi kreditlər 764 milyon 309 min manat olub ki, bu da 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 142 milyon 361 min manat çoxdur.

“Yelo Bank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyyatı 1 il ərzində 22 miylon 308 min manat azalaraq 16 milyon 288 min manata düşüb. Nəticədə bankın kredit portfeli 748 milyon 21 min manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 164 milyon 670 min manat çoxdur.

  • Əvvəlki

    “Ziraat Bank"ın mənfəəti artıb

Digər xəbərlər