USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampın görüş öncəsi hədələyici bəyanatı: “Çox ciddi nəticələr olacaq”

14.08.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşündən əvvəl açıqlamalar verib. Tramp xəbərdarlıq edib ki, əgər Putin Ukrayna ilə müharibəni dayandırmaqdan imtina edərsə, bunun çox ciddi nəticələri olacaq.

Putinlə görüşündən dərhal sonra Zelenskiyə və Avropa liderlərinə zəng edəcəyini açıqlayan Tramp Rusiya-Ukrayna müharibəsini ABŞ-ın keçmiş prezidenti Co Baydenin müharibəsi kimi qiymətləndirərək, "Bu, mənim müharibəm deyil. Bizi bu vəziyyətə saldı və heç vaxt belə olmamalı idi. Mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi" deyib.

“Son altı ayda beş müharibəni dayandırmışam”

Müharibənin sona çatması ilə bağlı öhdəliyini təsdiqləyən Tramp, "Keçən həftə 6-7 min adam öldürüldü, əksəriyyəti əsgər, düz 7213 nəfər. Mən bunu dayandırmaq üçün buradayam. Amma şəhərlərə atılan raketlər çox kömək etmir. Son altı ayda beş müharibəni dayandırdım. İranın nüvə potensialını da tamamilə məhv etdik" bildirib.

Tramp bildirib ki, cümə günü Putinlə Alyaskada ilk görüş yaxşı keçərsə, ikinci görüş olacaq:

“Əgər ilk görüş yaxşı keçsə, Putin, Zelenski və mən istəsələr, tez ikinci görüş keçirəcəyik. Birinci görüşdə harada olduğumuzu və nə etdiyimizi öyrənəcəyəm. İkinci görüşdə daha çox irəliləyiş əldə edilə bilər. Əgər istədiyim cavabları almasam, ikinci görüş olmayacaq".