USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“TuranBank”ın aktivləri artıb

22.01.2026 Sərfəli Banklar
0 0
“TuranBank” 2025-ci ilin sonuna olan hesabatını açıqlayıb. Bankın cəmi aktivləri 2024- cü ilin sonu ilə müqayisədə 57 milyon 349 min manat və ya 6.74 faiz artaraq 907 milyon 176 min manata çatıb. Bu artımda əsas pay bankın müştərilərinə verdiyi kreditlərin payına düşüb.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “TuranBank”ın müştərilərinə verdiyi istehlak kreditləri 60 milyon 837 min manat artaraq 217 milyon 142 min manata yüksəlib. Biznes kreditlərinin həcmini 13 milyon 126 min manat azaldaraq 352 milyon 938 min manata endirən bankın verdiyi ipoteka kreditləri 6 milyon 510 min manat artaraq 135 milyon 972 min manata bərabər olub. Buna görə də “TuranBank”ın müştərilərini verdiyi kreditlər 54 milyon 222 min manat və ya 8.31 faiz artaraq 706 milyon 53 min manat olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 3 milyon 15 min manat azaltdığı üçün bankın xalis kreditləri 674 milyon 846 min manat təşkil edib. Bu da 2024-cü ilin yekun rübü ilə müqayisədə 57 milyon 338 min manat və ya 9.28 faiz çoxdur.

Qeyd edək ki, “TuranBank”ın nağd pul və bloklaşdırılmış nağd vəsaitlərinin həcmini 10 milyon 783 min manat artıraraq 107 milyon 718 min manat edib.

TuranBank

2025 (IV Rüb)

2024 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

907.176

849.827

57.349

Nağd və bloklaşdırılmış vəsait

107.718

96.935

10.783

Kredit

706.053

651.831

54.222

İstehlak kreditləri

217.142

156.305

60.837

Biznes kreditləri

352.938

366.064

-13.126

Daşınmaz əmlak kreditləri

135.972

129.462

6.510

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

31.207

34.222

-3.015

Xalis Kreditlər

674.846

617.508

57.338