USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“TuranBank”ın öhdəliklər cəmi də artıb

22.01.2026 Sərfəli Banklar
0 0
“TuranBank”ın öhdəliklər cəmi 1 il ərzində 54 milyon 504 min manat artaraq 802 milyon 369 min manata çatıb.

Kommersant.az xəbər verir ki, bu artımda depozit portfelinin payı 12.9 faiz olub. Belə ki, bank 2025-ci ilin sonunda fiziki şəxslərdən topladığı əmanəti 2024-cü ilin sonu ilə müqayisədə 22 milyon 436 min manat artıraraq 389 milyon 289 min manata yüksəldib. Hüquqi şəxslərin əmanətlərində 15 milyon 378 min manat azalma olsa da bu sözügedən portfelin artmasının qarşını ala bilməyib. Bankın depozit portfeli 468 milyon 532 min manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 56 min manat və ya 1.5 faiz artaraq 468 milyon 532 min manata yüksəlib.