USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“TuranBank”ın kapitalı artıb

22.01.2026 Sərfəli Banklar
0 0
Ötən ilin sonunda səhmdar kapitalını dəyişməyən “TuranBank” bölüşdürülməmiş zərərini 1 milyon 223 min manat artıraraq 7 milyon 437 min manata yüksəldib.

Kommersant.az xəbər verir ki, eyni zamanda bankın ümumi ehtiyatları da 2024-cü ilin sonu ilə müqayisədə 1 milyon 622 min manat artaraq 11 milyon 513 min manat olub. Yekunda bankın cəmi kapitalı 2 milyon 845 min manat və ya 2.79 faiz artaraq 104 milyon 806 min manata çatıb.