Alternativ su mənbələrindən istifadə ediləcək

05.06.2018 İqtisadiyyat
Azərbaycanda əsasən yay aylarında alternativ su mənbələrindən istifadə edilməsi planlaşdırılır.

"Kommersant" "Report"-a xəbər verir ki, bunu "Azərsu "ASC-nin sədri Qorxmaz Hüseynov deyib.

Onun sözlərinə görə, artıq Gədəbəy və Lerikdə alternativ su mənbələrinin yaradılması üzrə işlər tamamlanmaq üzrədir: "Şamaxıda bu işlər davam etdirilir. Böhran vaxtına işləri tamamlaya biləcəyik. Bu ilin sonuna layihənin başa çatdırılması gözlənilir. Tovuzda isə layihə başa çatmasa da, böhran dövründə köhnə xətti istifadəyə verməklə su qıtlığının qarışısını alacağıq ".