USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslərə ŞAD XƏBƏR: Pulun üstünə pul gələcək

07.09.2020 İqtisadiyyat
0 0
Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək. Bu yenilik ötən gün təsdiqlənən "2018-2020-ci illərdə azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramında öz əksini tapıb.

Proqramda birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.

"Xəzər" TV bununla bağlı sujet hazırlayıb.

Bu, ötən gün ölkə başçısı tərəfindən təsdiqlənən "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın tətbiqi sayəsində mümkün olacaq.

Proqramın məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitini xeyli genişləndirmək, nağd dövriyyənin həcmini minimuma endirmək və nəticədə bank sektorunun maliyyə resursları bazasını gücləndirməkdir.

, "Azexport.az" portalının rəhbəri Zaur Qardaşov deyir ki, əsas məqsədlərdən biri nağdsız ödənişləri təşviq etmək olduğu üçün bank və vergi sistemində islahatlar aparılacaq.

Proqramın tətbiqi istehlakçılar üçün də xeyli səmərə verəcək.

İstehlakçıların rahatlığını və səmərəli ödəniş sistemini təmin etmək üçün birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.

Proqramda turizmin inkişafı məqsədi ilə əcnəbi turistlər üçün yeni kartların istifadəyə verilməsi də öz əksini tapıb. Bu kartlar vasitəsilə əcnəbilər üçün vergisiz alış-veriş və digər güzəştlər nəzərdə tutulub.

  • Əvvəlki

    Komitə sədri: "Həmin rayonlar formal fəaliyyət göstərir, bu, bir reallıqdır"

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0