USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Siqaretə tətbiq edilən vergi bu həftə qüvvəyə minir

27.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

Bu dəyişikliklər tütün məmulatlarına tətbiq edilən vergi dərəcəsinin artırılması ilə bağlıdır.

Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir.

Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.

Həmin maddəyə edilən digər dəyişikliyə əsasən isə, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. Qeyd edək ki, indiyədək bu məbləğ 4 manat idi.

Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

  • Əvvəlki

    Azərbaycan və İsveçrə şirkətləri razılaşdı

Digər xəbərlər