USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyaca məşhur iş adamı vəfat etdi

29.05.2018 İqtisadiyyat
0 0
Dünyanın 57-ci, Fransa isə 4-cü ən varlı iş adamı olan, media və aviasiya sahəsində fəaliyyət göstərən "Dassault" şirkətlər qrupunun rəhbəri Serge Dassault 93 yaşında infarktdan vəfat edib.

"Kommersant.Az" xəbər verir ki, "Le Figaro" qəzetinin də sahibi olan Dassault-ın, Parisdəki şirkətin baş ofisində işləyərkən vəfat etdiyi qeyd olunub.

Serge Dassault, Fransa parlamentinə təqdim edilən Erməni soyqırımı qanun layihəsi üçün hökumətə məktub yazmış və təşəbbüsün qarşısının alınması üçün ciddi səylər göstərmişdi.

Fransanın sənaye nəhəngi "Dassault" holdinqin sahibi Serge Dassault 1987-ci ildə atası Marcel Dassault tərəfindən 1929-cu ildə yaradılmış şirkətin başına keçmişdi.

"Dassault" şirkəti "Mirage", "Rafale" və "Falcon" təyyarələrini istehsal edir.