USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

100 nəfər əlilin məşğulluq inkanları inkişaf etdiriləcək

10.07.2019 Sosial
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BP və "British Council"in birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci fazasında həyata keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, proqramda iştirak etmək istəyən əlilliyi olan şəxslər Məşğulluq mərkəzlərinə avqustun 1-dək müraciət edə bilərlər. Layihə iştirakçılarının potensial keyfiyyətli işçi qüvvəsi kimi müxtəlif müəssisələr tərəfindən tanınmasına dəstək göstəriləcək.

Layihənin ikinci fazası çərçivəsində bu ilin sentyabr ayından 2020-ci ilin may ayına kimi ingilis dili, kompüter bacarıqları, sosial bacarıqlar tədris olunacaq, psixoloji konsultasiyalar aparılacaq. Həmçinin xüsusi iş sahələri üzrə (sosial media, vergi, audit, insan qaynaqları və s.) menecerlərin hazırlanması məqsədilə təlimlər keçiriləcək. Müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflər və biznes müəssisələri də tərəfdaş qismində layihəyə cəlb ediləcək.

Proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək. Ən başlıcası, iştirakçılar təlimlərdən faydalanaraq öz gələcək karyeralarını uğurla qurmaq imkanı qazanacaqlar.