USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstirahət günlərinin hava proqnozu

17.08.2019 Sosial
0 0
Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 22-27 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.