USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının məşhur restoranı sabahdan bağlanır - yerində market tikiləcək

02.09.2019 Sosial
0 0
Bakının məşhur restoranlarından sayılan "Oazis” sabahdan bağlanır.

"Kommersant.az" xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, "Oazis”in sahibi Hacı Mirtalıb Miroğlu artıq restoranını məşhur marketlər şəbəkəsinə satıb. Bu gün restoranda sonuncu ad günü, toy, nişan mərasimləri baş tutacaq. Sabahdan etibarən restoran heyəti buraxılacaq və müştəri qəbulu dayandırılır. Sabahdan restoranın söküntüsünə başlanılacaq. Artıq bununla bağlı işlərə də start verilib.

Məsələ ilə bağlı restoranda çalışan məsul şəxslərdən biri xəbəri saytımıza təsdiqləyib.