USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

4 rayonda qaz olmayacaq

16.09.2019 Sosial
0 0
Bu gün saat 10:00-dan Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, buna səbəb SOCAR-ın Qaz İxrac" İdarəsinin balansında olan "Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işlərinin icra olunmasıdır.