USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Üz tanıyan bankomatlar gəlir - YENİLİK

14.11.2019 Sosial
0 0
Rusiyada yaxın zamanlarda üz tanıma funksiyaları olan bankomatlar quraşdırılacaq.

"Kommersant.az" xəbər verir ki, pilot layihəsində reallaşdırılacaq bankomatlara xüsusi kameralar quraşdırılacaq.

Müştəri bu bankomatlardan pul çıxarmaq üçün kart və ya mobil telefona ehtiyac duymayacaq.

Banklar bu layihə çərçivəsində həm yeni bankomatlar quraşdıra, həm də mövcud bankomatları yeni avadanlıqla təchiz edə bilər.

Bundan başqa, Rusiyada bəzi fitnes klublarında üz tanıma funksiyası işə salınacaq. Hazırda bu layihədə Moskva, Barnaul və Surqutda bir sıra fitnes klublar iştirak edir.

Trend