USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Jurnalistlərin nəzərinə! - “Qaynar xətt”ə zəng vura bilərsiniz

09.02.2020 Sosial
0 1
Mətbuat Şurasında bu gün keçirilən parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək üçün “qaynar xətt” təşkil olunub.

"Kommersant.az" xəbər verir ki, qurumun (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri saat 08.00-dan 19.00-dək bu rejimdə işləyəcək. “Qaynar xətt” Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və digər müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək.“Qaynar xətt”in fəaliyyəti və MŞ-nin İdarə Heyəti üzvlərinin müşahidələri ilə bağlı gün ərzində məlumat veriləcək, o cümlədən yekun hesabat da hazırlanacaq.