USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Xüsusi rejimlə əlaqədar sahibkarlara güzəşt edilə bilər”

17.03.2020 Sosial
0 1
“Azərbaycanda koronavirusla bağlı tətbiq edilən xüsusi rejimlə əlaqədar sahibkarlara güzəşt edilə bilər”.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında deyib.

O bildirib ki, bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir.

“Digər ölkələrdə hökumətlər sahibkarlara hansısa güzəştlər edir”, – deyə o əlavə edib.

Deputat söyləyib ki, bununla bağlı Azərbaycanda da müəyyən müzakirələr aparılır.