USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni hakimlər təyin ediləcək - SİYAHI

01.05.2020 İqtisadiyyat
0 0
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında “Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirə olunacaq.

"Kommersant.az"-ın xəbərinə görə, iclasda Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərovun vəzifələri dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi haqqında məsələyə baxılacaq.

Bundan əlavə, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi məsələsi müzakirə ediləcək.Report