Bakıda məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək

14.06.2018 Sosial
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə məcburi köçkünlər üçün əmək yarmarkası keçirəcək.

Komitədən "Kommersant"a verilən məlumata görə, yarmarka 22 iyunda Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki məktəbin binasında təşkil ediləcək.

Yarmarkanın keçirilməsində məqsəd məcburi köçkünlərin işlə təmin edilməsinə köməklik göstərməkdir.