USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq

17.05.2021 Sosial
0 0
Bu il Formula 1 yarışması zamanı Dənizkənarı Milli Park bağlanmayacaq.

Bu barədə Bakı Şəhər Halqasından (BŞH) məlumat verilib.

Bildirilib ki, bu il koronavirus pandemiyası ilə əlaqədar əyləncə zonası, “Formula 1 Village” olmadığına görə bulvarın bağlanmasına ehtiyac olmayacaq.

Qeyd edək ki, əvvəlki yarışlar zamanı Dəmizkənarı Milli Park yarış müddətində bağlanırdı, orada əyləncə zonası təşkil olunurdu və yalnız biletləri olan insanlar həmin əraziyə buraxılırdı.

Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.