USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik taxıl sahələrini “7 manat”a sığortalamağı təklif edib

18.06.2021 Sosial
0 0
Son günlər Siyəzən, Xaçmaz, Quba, Qusar, Şabran, Lənkəran, İmişli, Sabirabad, Bərdə, Tovuz və Neftçala rayonlarında, açıq sahələrdə yanğınlar qeydə alınıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondunun fermerlərə birgə müraciətində bildirilir.

Məlumatda həmçinin deyilir ki, yanğınlar biçilmiş və biçilməmiş əkin sahələrinə yayılıb, əkinçiliklə məşğul olan fermerlərə ziyan dəyib.

“Nazirlik və Fond kənd təsərrüfatı istehsalçılarını əkin sahələrini sığortalamağa çağırır. Ölkəmizdə bir neçə ay əvvəldən tətbiq edilən aqrar sığorta istənilən səbəbdən baş verən yanğın nəticəsində əkin sahələrinə dəyən zərəri qarşılayır.

Belə ki, hazırda yanğınların tez-tez baş verdiyi Şimal bölgəsində taxıl sahələrinin hər hektarını orta hesabla 7 manata sığortalamaq olar. Ölkənin digər ərazilərində də əkin sahələrini sərfəli şərtlərlə sığortalamaq mümkündür.