USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət sifarişli təhsil alanların sayı 50 faizə çatdırılacaq - NAZİR

18.06.2021 Sosial
0 0
Dövlət sifarişli təhsil alanların sayı 50 faizə çatdırılacaq. Bundan əlavə, sosial həssas qrupdan olanlar da dövlət hesabına oxuyur.

"Kommersant.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Emin Əmrullayev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, kredit yerdə qalan təxminən 50 faiz tələbə üçün olacaq:

“Söhbət ali və orta ixtisas təhsil müəssisəsində təhsil alan təxminən hər semestr 15 min tələbədən gedir, təbii ki, bu say dəyişə də bilər. İlk olaraq tələbə statusu daşıyan orta, yüksək peşə ixtisas, bakalavr və magistr tələbələri nəzərə alınacaq. Daha sonra tələbələr təhsilləri bitəndə işləyərək krediti ödəyəcəklər. Təbii ki, nəzarət mexanizmləri də olacaq, amma vətəndaşların özlərinin də sosial məsuliyyəti olmalıdır”.