USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı metrosunda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

02.07.2021 Sosial
0 0
Bakı Metropoliteni QSC-nin maliyyə hesabatına əsasən qurum 2020-ci ili 83.543 milyon manat zərərlə başa vurub. Mövcud vəziyyət metroda gediş haqqının artırılması ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.

"Kommersant.az" xəbər verir ki, məsələ ilə bağlı danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metroda gediş haqqının artırılmasının təmsil etdiyi qurumun ixtiyarında olmadığını bildirib:

“Metroda gediş haqqı qiymətinin tənzimlənməsi Bakı Metropolitenin səlahiyyətində deyil. Bu Azərbaycan Respublikası Tarif Şurası səlahiyyətinə daxil olan məsələdir. Bakı Metropoliteni, təbii ki, hesabatlı qurumdur və aidiyyəti dövlət qurumları, o cümlədən Tarif Şurası qarşısında hesabatla çıxış edir və hesabatları təqdim edir. Bu il də istisna edilmədi və hesabatı təqdim etdi”.

Bəxtiyar Məmmədov onu da bildirib ki, bu günlərdə Bakı Metropoliteni qiymətin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Qeyd edək ki, Metropolitenin 2020-ci il üçün açıqlanan maliyyə zərəri əvvəlki il ilə müqayisədə 51% artıb.

Baku.ws