USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sprey peyvəndlər 100 faiz nəticə göstərdi

13.07.2021 Sosial
0 0
Koronavirus epidemiyası üçün peyvənd və müalicə çalışmaları uğurlu nəticələr verir.

ABŞ-ın Georgiya və Ayova universitetlərindən ibarət qrupun rəhbərlik etdiyi araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc edilib.

Məlum olub ki, burundan tətbiq olunan peyvəndlər 100 faiz təsir göstərir.

Tədqiqatçılar burun vaksininin bir dozasının siçanlardakı COVID-19-a qarşı 100 faiz təsir göstərdiyini və virusun heyvandan heyvana keçməsinin qarşısını aldığını aşkar ediblər.

Yalnız bir doza şəklində tətbiq olunan peyvəndin normal soyuducu temperaturda 3 aya qədər saxlamaq imkanı böyük bir uğur kimi qəbul edilir.

Digər tərəfdən peyvəndi burun vasitəsilə tətbiq etmək, xüsusilə iynə qorxusu olan insanlar üçün vaksinasiyanı daha məqbul edir.