USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu il kitab satışları 3 dəfə artıb

17.08.2021 Sosial
0 0
Azərbaycanda 2021-ci ilin ilk yarısında pərakəndə ticarətdə satılan kitabların dövriyyəsi həcmi kəskin böyüyüb.

“Kommersant.az” xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində kitab satışlarının həcmi 1 milyon 726.6 min manat olmuşdur. Bu isə 2020-ci ildəkindən (552.4 min manat idi) 3 dəfədən çox artıqdır.

Kitab satışlarının 1 milyon 630.2 min manatlığı ixtisaslaşmış kitab mağazalarında satılıb.