USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan, Gürcüstan və Ermənistanda son 30 gündə “COVİD-19″la bağlı vəziyyət – ən çox yoluxma avqustdadır

18.08.2021 Sosial
0 0
Koronovirus ilk dəfə ötən ilin dekabr ayında Çinin Uhan şəhərində meydana çıxıb.

Pandemiya yayılmağa başlayandan bu ilin avqustun 17-nə kimi dünyada 209 milyondan çox insan koronovirusa yoluxub.

Bəs Azərbaycan və qonşu Gürcüstan və Ermənistanda son 30 gündə “COVİD-19″a yoluxma ilə bağlı vəziyyət necədir?

Banker.az xəbər verir ki, Son 30 gündə Azərbaycanda ən yüksək göstərici 14 avqustda 3508 nəfər, ən az göstərici 19 iyulda 148 nəfər olub. Gürcüstanda ən yüksək göstərici 17 avqust tarixində 6208 ,ən az göstərici 19 iyulda 848 nəfər.

Ermənistanda isə ən yüksək göstərici 14 avqustda 430 nəfər, ən az göstərici 19 iyulda 92 nəfər olub.

Ümumi statistikada isə Azərbaycanda “COVİD-19″a yoluxma da ən yüksək göstərici bu il 14 avqust tarixində 3508 nəfər, ən az yoluxma 16 iyun tarixində 27 nəfər olub.

Gürcüstanda “COVİD-19″a yoluxma da ən yüksək göstərici bu il 17 avqust tarixində qeydə alınıb. Bu il üçün ən az yoluxma halı isə 18 yanvar tarixində 110 nəfər olub.

Ermənistanda “COVİD-19″a yoluxmada ən yüksək göstərici bu ilin 8 aprel tarixində 1231, ən az yoluxma halı isə 31 may tarixində 34 nəfər olub.

Qeyd edək ki, Azərbaycanda ilk koronovirusa yoluxma hadisəsi ötən ilin fevral ayının 28-də, Gürcüstanda ötən il fevral ayının 26-da, Ermənistanda ilk yoluxma hadisəsi keçən il martın 1-də qeydə alınıb.