USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Güclü küləklə bağlı xəbərdarlıq

31.01.2022 Sosial
0 0
Gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 20-25 m/s-dək güclənəcəyi ehtimal olunur.