USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çoxmənzilli binaların su sayğacları yenilənir

28.04.2022 Sosial
0 0
"Azərsu" ASC tərəfindən Bakıda və Sumqayıtda çoxmənzilli binalarda su sayğaclarının yenilənməsi istiqamətində işlər görülür.

Bunu "Azərsu" ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı deyib.

"Bizim bu işlər üzrə layihələrlə bağlı keçən ilin ikinci rübündə də vəsaitlər ayrılmışdı. Hazırda əsasən dik dayaqların pilləkən qəfəsdən çıxarılması və sayğacların yenilənməsi ilə bağlı Sumqayıtda, Bakının Nəsimi, Nərimanov, Yasamal, Səbail və Xətai rayonlarında işlər aparılır", - C.Cabbarlı qeyd edib.

Onun sözlərinə görə, Xətai rayonunda artıq demək olar çoxmənzilli binaların 70 % -ində, Nizami rayonunda 80 %-dən çoxunda bu işlər aparılıb: "Hazırda ayrılan investisiyanın həcminə uyğun olaraq bu işlər davam etdirilir".

  • Əvvəlki

    Bakıda koronavirus xəstələrinə yardım edən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

Digər xəbərlər