USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Silk Vey Vest Aviaşirkəti”ndə işçilərin sayı açıqlandı

29.06.2022 Sosial
0 0
“Silk Vey Vest Aviaşirkəti” MMC-nin 31 dekabr 2021-ci il tarixinə işçilərinin sayı 1055 nəfər olub.

Kommersant.az bu barədə MMC-nin illik hesabatına istinadən xəbər verir.

Əvvəlki ilin eyni dövründə isə “Silk Vey Vest Aviaşirkəti”ndə işçilərin sayı 889 nəfər təşkil edib ki, bu da illik müqayisədə 166 nəfərin artması deməkdir.

“Silk Vey Vest Aviaşirkəti”ndə 2021-ci ilin mart ayında 910 nəfər, iyun ayında 1032 nəfər, sentyabr ayında 1051 nəfər çalışıb.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.