USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrilib

10.08.2022 Sosial
0 0
Azərbaycan Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrilib.

Kommersant.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Turizm və Menecment Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Universitetin yeni Nizamnaməsi də təsdiqlənib.