USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib - AZAL

11.08.2022 Sosial
0 0
Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib. Hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir.

Hava limanından verilən məlumata görə, hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Qeyd edək ki, enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.