USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Metronun bu stansiyalarına giriş məhdudiyyəti ləğv edilib

03.10.2022 Sosial
0 0
“Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xəttinin stansiyalarına giriş məhdudiyyəti aradan qaldırılıb.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkil edilməsinə dair işlərin başlanması ilə əlaqədar sentyabrın 6-dan xəttin “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları 30 dəqiqə tez – saat 23:30-da bağlanırdı və qatarların hərəkətinə məhdudiyyət qoyulmuşdu. Həmin işlərin I mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət ləğv edilib. Sərnişinlər adi iş rejimi qaydasında (saat 00:00-a qədər) stansiyalarının xidmətindən istifadə edə bilərlər”, – deyə o, qeyd edib.