Qarabağ Azərbaycandır!

ABŞ səfirliyi məcburi köçkün uşaqlar üçün kompüter kodlaşdırma kurslarına dəstək verib

14.09.2018 Sosial
ABŞ-ın Bakıdakı səfirliyinin İctimai əlaqələr üzrə müşaviri Mişel Petersen Cəbrayıl rayon icra hakimiyyəti nümayəndələri və Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə Bilasuvar şəhərində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə Gələcəyin Kodlaşdırılması proqramının sona çatmasını qeyd ediblər.

ABŞ səfirliyindən "Kommersant.az"a verilən məlumata görə, səfirlik tərəfindən maliyələşdirilən proqramın məqsədi 12-15 yaşlı məcburi köçkün məktəblilərinin əsas kodlaşdırma bacarıqlarını inkişaf etdirərək rəqəmsal iqtisadiyyata qatılmalarını təmin etməkdir.

Layihə qrupu 31 qız və 14 oğlan olmaqla 45 məcburi köçkün məktəblilərinə 10 günlük Tədris Düşərgəsi keçirmək üçün 5 könüllü kodlaşdırma üzrə mütəxəssisə təlim keçib. Tədris Düşərgəsi Biləsuvar şəhərində Azərbaycanın Cəbrayıl rayonundan olan 16 min məcburi köçkünə məxsus yerləşən 11 məcburi köçkün qəsəbələrindən birində keçirilib. Tədris Düşərgəsinin kurikulumuna Scratch (MIT tərəfindən hazırlanmış vizual proqramlaşdırma dili), HTML / CSS və Python əsasları (CodeClub.org modeli) daxildir. Tədris Düşərgəsindən sonra təlimçilər, məktəblilərə öyrəndiklərinə əsaslanan tətbiqləri inkişaf etdirmək şansı verəcək bir rəqabət elan ediblər.
Ən yaxşı tətbiqlər üç mükafata layiq görüləcək - Coding Akademiyasında pulsuz təhsil, kompüter və smartfon.

  • Əvvəlki

    "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu pozan teleradiolar - Cəzalandırılır

Digər xəbərlər