USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İngilis və rus dillərini neçəyə öyrənmək olar? - KURS QİYMƏTLƏRİ

28.09.2018 İqtisadiyyat
0 0
Hazırda demək olar ki, ingilis və rus dillərini bilməyən şəxslərin üzünə qapılar bağlanır.

"Kommersant.az" xəbər verir ki, sanballı iş axtarışında olanlar isə müxtəlif dil kurslarına üz tutur.

Dil kurslarında tədris şərtləri və qiymətlər barəsində kiçik araşdırma apardıq. Məlum oldu ki, kurslarda qiymətlər tədrisin müddəti, qrup və fərdi şəkildə aparılmasından asılı olaraq, eyni zamanda, müəllimin yerli və xarici olmasına görə dəyişir.

Dil kurslarındakı şərtlər və qiymətləri təqdim edirik:

"Jalal-I Tədris Mərkəzi"ndə rus dili kursu üzrə dərslər həftədə 3 dəfə, 1 saat olmaqla keçirilir. Rus dili kursunun qiyməti qrup halında 75 manat, fərdi halda isə 110 manatdır. İngilis dili isə qrup şəklində 90 manat, individual formada isə 130 manatdır. Tələbələrə 20%-ədək endirim edilir.

"Stimul education&consulting"də rus dili kursları həftədə 2 dəfə olmaqla 1,5 saat, yaxud 3 dəfə olmaqla 1 saat keçirilir. Qrupla tədrisin məbləği 60 manat, fərdi formada isə 110 manatdır. İngilis dili qruplarında dərslər eyni qaydada keçirilir. Fərdi şəkildə qiymət 140 manat, qrupla isə 75 manatdır. Tələbələrə 10% endirim təklif edilir.

"LIB Dil mərkəzi"ndə isə rus dili kursları qrup şəklində həftədə 2 dəfə, 1,5 saat olmaqla təşkil olunur. Qiyməti isə 70 manatdır. İngilis dili kursuna həftə ərzində 2 dərs və 3 "conservation" daxildir - 79 manat. Fərdi kursun qiyməti isə 129 manatdır. 3 yaşdan 18 yaşa qədər olanlar üçün iki dil üzrə kursların qiyməti 50 manatdır.

"Prestij-S"də ingilis və rus dili kurslarının qiyməti və şərtləri eynidir. Dərslər həftədə 3 dəfə olmaqla 5 saat müddətinə tədris olunur. Qrup şəklində 35 manat, fərdi formada isə 100 manatdır. Hazırda endirimli qiymətlər təklif olunur. 1 oktyabrdan etibarən qiymətlər bahalaşacaq.

"Kaspi Təhsil şirkəti"ndə rus və ingilis dili kursları həftədə 3 dəfə olmaqla keçirilir. Qrammatika dərsləri 1,5 saat, danışıq dərsi isə 2 saat təşkil olunur. İngilis dili kurslarının fərdi şəkildə qiyməti 160 manat, qrupla 80 manatdır. Rus dili isə individual şəkildə 110 manat, qrupla 60 manata tədris olunur. Oktyabrın 1-dən etibarən rus dili kurslarında fərdi təlim 135 manat, qrup şəklində təlim isə 70 manata tədris olunacaq. İngilis dilinin tədrisi isə qrupla 90 manata, fərdi formada isə 185 manata həyata keçiriləcək.

"Caspian learning center"da ingilis dili qrupunun qiyməti 60 manat (xarici müəllim seçsəniz, 100 manat ödəməlisiniz), fərdi tədrisin qiyməti isə 100 manatdır (xarici repetitor seçdikdə, 150 manat). Qrupda maksimum 4 nəfər olur. 1 aylıq tədris müddəti 12 saatdır. 12 saatdan əlavə, şənbə günləri danışıq klubları təşkil olunur. Rus dili kurslarında da qrupla tədrisin məbləği 60 manat, fərdi şəkildə isə 100 manatdır (aylıq 12 saat olmaqla). Kurslar üzrə qiymətlər artırılacaq.

"Universal Education"da ingilis dili kursları qrup şəklində, həftədə 3 dəfə, 1 saat olmaqla 70 manata tədris olunur. Fərdi tədrisin qiyməti isə 140 manatdır. Rus dili kursları qrup üzrə, həftədə 3 dəfə, 1 saat olmaqla 50 manata, individual şəkildə isə 100 manata tədris olunur. Yalnız ingilis dili kursuna endirim edilə bilər.

"ADM"də (Azərbaycan Dil Mərkəzi) qrup şəklində ingilis dili kurslarının qiyməti həftədə 3 dəfə olmaqla 80 manat, 5 dəfə olmaqla isə 150 manatdır. İngilis dilini fərdi şəkildə öyrənmək istəyən həftədə 2 dəfə olmaqla tədris üçün 140 manat, həftədə 3 dəfə isə 170 manat ödəməlidir. Qiymətlər rus dili kursları üçün də eynidir. Endirim edilmir.

"TELLS"də qrup şəklində ingilis və rus dili kursları həftədə 3 dəfə, 1,5 saat olmaqla 80 manata tədris olunur. İndividual tədrisin 1 saatının qiyməti isə 25 manatdır. "TELLS"də də qiymətlərə endirim edilmir.

"Xəzri Tədris Mərkəzi"ndə rus və ingilis dili kurslarının fərdi şəkildə tədrisi həftədə 2 dəfə (1,5 saat) və 3 dəfə (1 saat) olmaqla, 60 manata başa gəlir. Mərkəzdə hazırda qrup şəklində tədris keçirilmir.

  • Əvvəlki

    “Günay Bank” bu il də kredit verməyəcək - RƏSMİ

Digər xəbərlər