USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Qırğızıstan milliləri arasında yoldaşlıq oyunu

30.05.2018 İdman
0 0
29 may tarixində futbol üzrə Azərbaycan və Qırğızıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

"Kommersant.Az" xəbər verir ki, oyunu Türkiyədən olan hakimlər idarə ediblər. Yoldaşlıq oyununun baş hakimi Ali Palabıyık olub. Ona həmyerliləri Serkan Olguncan və İbrahim Çağlar Uyarcan kömək edib. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirib.

Azərbaycan-Qırğızıstan yoldaşlıq oyunu Bakı Olimpiya Stadionunda dünən saat 20:00-da start götürüb. Bu, millimizin baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında dördüncü sınağı olub. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlubiyyətə üzülüb.

Qeyd edək ki, millimiz Qırğızıstanla oyundan sonra iyunun 5-də Qazaxıstan, iyunun 9-da isə Latviya yığması ilə səfərdə yoldaşlıq oyunu keçirəcək.