USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Neftçi" klubu braziliyalı futbolçu transfer edib

11.06.2018 İdman
0 0
"Neftçi” klubu daha bir transferini rəsmiləşdirib.

"Kommersant"ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda Dario Federiko ilə 1 illik müqavilə imzalayıb. 27 yaşlı braziliyalı hücumçu "ağ-qaralar”ın heyətində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dario Federiko ötən mövsüm Gəncənin "Kəpəz” klubunun heyətində 13 oyunda meydana çıxıb və 4 qolun müəllifi olub.