USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın avtomobil nəqliyyatı ilə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

11.06.2018 İqtisadiyyat
0 0
Azərbaycanın avtomobil nəqliyyatı ilə daşımalardan əldə etdiyi gəlirin miqdarı açıqlanıb.

"Kommersant"ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtobusla sərnişindaşıma üçün bilet alışı üzrə vahid elektron sistemin tətbiqini planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov qurumun fəaliyyətinin yeni konsepsiyasının təqdimatında deyib ki, statistik göstəricilərə əsasən 2017-ci il ərzində ölkəmizdə avtomobil nəqliyyatı ilə 144 milyon 854 min ton yük, 1 milyard 739 milyon 726 min nəfər sərnişin daşınıb.

O bildirib ki, ölkə üzrə bütün nəqliyyat növləri ilə daşınan yüklərin (boru nəqliyyatı da daxil olmaqla) təxminən 64%-i, daşınan sərnişinlərin isə təxminən 88%-i avtomobil nəqliyyatının payına düşüb.

H.Həsənov qeyd edib ki, avtomobil nəqliyyatı ilə daşımalardan əldə olunan gəlir 1 milyard 273 milyon 879 min manat təşkil edib, sahə üzrə orta aylıq nominal əməkhaqqı isə təxminən 600 manat olub: "Göstərilən statistik rəqəmlər ölkə iqtisadiyyatının inkişafında avtomobil nəqliyyatının rolunun əyani göstəriciləridir".

  • Əvvəlki

    "Neftçi" klubu braziliyalı futbolçu transfer edib

Digər xəbərlər