USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almanlardan Dünya Kuboku üçün çılğın icad!

21.06.2018 İdman
0 0
Almanlar iş zamanı futbol matçlarına qulaq asmağa imkan verən titrəyişli qələm istehsal edib.

Almanların futbol ehtirası bir daha gündəmdədir. "Kommersant" xəbər verir ki, Rusiyada keçirilən 2018 Dünya Çempionatının oyunları yaranan zaman fərqi səbəbindən iş saatı vaxtlarına təsadüf edir. Bu səbəbdən işgüzar almanlar matçları izləyə bilmirlər.

Bu problemə çarə tapmaq istəyən bir radio, bunun üçün xüsusi bir qələm istehsal edib. Bluetooth ilə mobil telefon ilə əlaqəli çalışan qələm, ağızdan qulaq içinə göndərdiyi titrəyişlər sayəsində istifadəçilərin iclas və ya iş zamanı matçlara qulaq asmasına imkan verir.