USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Neftçi"nin prezidenti klubun büdcəsinin artırıldığına dair məlumatlara münasibət bildirib

23.06.2018 İdman
0 0
"Neftçi"nin prezidenti Kamran Quliyev klubun büdcəsinin artırıldığına dair məlumatlara münasibət bildirib.

"Kommersant"ın xəbərinəd görə, K.Quliyev "Report"a açıqlamasında belə şayiələri flaqmanı istəyən və istəməyənlərin ortaya atdıqlarını vurğulayıb.

Onun sözlərinə görə, "ağ-qaralar"ın büdcəsində heç bir dəyişiklik yoxdur: "Bunu rəsmən bildirirəm: Büdəmizdə heç bir dəyişiklik yoxdur və gözlənilmir. Klub yeni sponsorlar, yeni tərəfdaşlar tapa bilsə, bu, imkanlarımıza təsir edəcək. Söhbət sırf hansısa məbləğdə vəsaitdən getmir. Elə sponsor ola bilər ki, sabahdan bizimlə əməkdaşlıq etsin. Məsələn, desin ki, bizim tibb mərkəzimiz var, futbolçularınız orada tibbi baxışdan keçə bilərlər. Qarşılığında isə "Neftçi" olaraq, onları reklam edəcəyik. Bu da büdcəmizə təsir edəcək amildir. Çünki tibbi baxışa xərclənməli olan pulu artıq başqa ehtiyaclara sərf edəcəyik".

İqtisadi böhranın klubun vəziyyətinə təsirsiz ötüşmədiyini etiraf edən K.Quliyev keçmiş problemlərdən tam qurtulmadıqlarını diqqətə çatdırıb. O, Türk Hava Yolları (THY) ilə bağladıqları müqavilə barədə də danışıb: "Bu müqavilə bizi daha çox imkanlardan istifadə etməyə vadar edəcək. Halbuki, əsas büdcəmizdə heç bir dəyişiklik baş verməyib. "Neftçi"nin vəziyyəti stabildir. Bu yaxınlarda təqdimatımız olacaq. THY ilə çoxsahəli əməkdaşlıq edəcəyik. Hamısını indidən açıqlamaq istəmirəm. Əvvəla, buna çox sevinirik. Qürur hissi ilə deyə bilərik ki, dünyanın 5 ən böyük aviaşirkətindən biri "Neftçi" ilə tərəfdaşlıq edəcək. Bu, bizim üçün şərəfdir. THY həm qardaş Türkiyənin iqtisadiyyatının mühərriklərindən, həm də simvollarından biridir. Bu şirkətin nişanı məşq formalarımızın ön hissəsində vurulub. THY-nin adı "Neftçi"nin olduğu yerlərdə əks etdiriləcək. Artıq bir illik anlaşma əldə olunub. Bu, bizim pilot layihəmizdir".

Lakin klub prezidenti titul sponsoru məsələsinin hələlik açıq qaldığını açıqlayıb. O, bir neçə şirkətlə bu istiqamətdə danışıqlar apardıqlarını söyləyib: "Təkliflər gəlməkdədir. Biz titul sponsorunu "təki nəyin bahasına olursa-olsun" deyə seçmirik. Bu, normal marka - ya Azərbaycanda öndə olan, ya da qarşısına çox ciddi məqsəd qoyan şirkətlərdən biri olmalıdır. Yəni, həm "Neftçi", həm də onların özləri reklam edilsin. "Neftçi" təkcə əsas komandasına görə tanınmaq istəmir".