USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağsu rayon icra başçısının tender biznesi - FOTO

27.05.2019 Tender
0 0
Ağsu rayonu İcra Hakimiyyətinin (RİH) yarım milyonluq “tenderi”nin gizli məqamları üzə çıxıb.

“Kommersant.az” xəbər verir ki, Ağsu RİH Ağsu şəhərində Asfalt-beton işlərinin görülməsi üçün tender elan edib. Tenderin “qalib”i “ATF” MMC-yə isə 492 min 822 min manat pul ayrılıb.

ATF MMC-nin TİKİNTİ CİNAYƏTİ

Ötən ilin iyun ayında Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə "ATF" MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunub.

ŞİRKƏTİN DÖVLƏTƏ ZƏRƏRİ

Ötən il Göyçay çayı üzərində körpünün uçmasına görə dövlətə 3 milyon manat zərər dəyib. Nəticədə isə “ATF” MMC 316 min 800 manatlıq cərimə olunub.

1İL SONRA YARIM MİLYON

Sözügedən şirkət dövlətə 3 milyon zərəri qarşılığında 317 min manat cərimələnir və 1 il sonra Ağsu rayon icra başçısı Ənvər Seyidəliyev tərəfindən yarım milyonluq tenderin qalibi olaraq mənfəətə keçir. Şirkətin təsisçisi F.Muradovun həbsindən sonra ailə üzvü Azad Muradov şirkətə rəhbərlik edir.

Əldə etdiyimiz məlumatlara görə, "ATF" MMC -nin direktoru və Ağsu rayon icra başçısı sıx əlaqədədirlər və elan olunan tenderlərin bir çoxunda asfalt beton işlərinin müəyyən pul müqabilində həmin şirkətə həvalə olunduğu bildirilir.

Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.

  • Əvvəlki

    Xalidə Bayramova vəzifələrindən birini itirdi - FOTO

Digər xəbərlər

31.08.2023 Tender
Azərsu tender elan etdi
0 0
04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29
24.07.2023 Tender
Mərkəzi Bank tender elan edib
29 21