USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gəncədə 32 milyonluq satınalmanı qazanan hansı məmurun şirkətidir?

10.07.2020 Tender
0 0
Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi abadlıq-quruculuq işlərininin aparılması və xüsusi geyim formasının satın alınması toplam dəyəri 31 650 470.26 AZN olan 2 müqavilə imzalayıb.

"Kommersant.az" xəbər verir ki, müqavilələr “Ərdağı” MMC (3174710.26 AZN) və "Lk Machinery” MMC (28 475 760 AZN) ilə bağlanıb.

İqtisdiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan MMC-nin hüquqi ünvanı Gəncə şəhəri “Asfaltzavod”da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.

"Lk Machinery” MMC 20 aprel 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 79/2, mənzil 50-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Həsənova Leyla Şahin qızıdır.

Hər iki MMC və sahibləri barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Qeyri-rəsmi məlumatlara görə, “Ərdağı” MMC Gəncənin məmurlarından birinin nəzarətindədir. Bu şirkətin tez-tez milyonluq tenderlərin qalibi olmasının səbəbi də bununla izah edilir.Yenisabah

  • Əvvəlki

    Azərbaycanın bu rayonunda postlar quruldu, nəzarət gücləndirildi

Digər xəbərlər

31.08.2023 Tender
Azərsu tender elan etdi
0 0
04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29
24.07.2023 Tender
Mərkəzi Bank tender elan edib
29 21