USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...

23.09.2020 Tender
0 0
Şirvan Şəhər İcra Hakimiyyəti "Delta-inşaat” MMC ilə maliyyə dəyəri 284 604 AZN olan müqavilə imzalayıb. Yenisabah.az xəbər verir ki, şirkət bu məbləğə Şirvan şəhərində abadlıq işləri aparmalıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Delta-İnşşat” MMC 27 yanvar 2012-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 50 AZN-dir. Hüquqi ünvanı Şirvan şəhəri, M.Rəsulzadə küçəsi, ev 14-də yerləşir. Şirkətin qanuni təmsiçisi İbrəhimov Əlimurad Nuralı oğludur.

"Delta-İnşaat” MMC 8 ildir fəaliyyət göstərsə də, açıq mənbələrdə onunla bağlı məlumat demək olar ki yoxdur.

Şirkətin qanuni təmsilçisinə gəlincə, Əlimurad İbrəhimov da tanınan iş adamı deyil. Bununla belə apardığımız araşdırmalar nəticəsində məlum olub ki, o başqa bir şirkətin də sahibidir. Həmin şirkət "Next Təchizat” MMC-dir. Bu şirkət də 2012-ci ildə yaradılıb. Nizamnamə kapitalı 50 AZN-dir. "Delta İnşaat” MMC ilə eyni hüquqi ünvanda yerləşir.

Maraqlıdır ki, bir neçə gün əvvəl Şirvan Şəhər İcra Hakimiyyəti "Next Təchizat” MMC ilə maliyyə dəyəri 253 507 AZN olan müqavilə imzalayıb. Həmin müqaviləyə görə şirkət şəhərdə abadlıq işləri görməlidir.

Beləliklə, icra hakimiyyəti abadlıq işlərinə görə Əlimurad İbrəhimovun şirkətlərinə toplam 538 111.96 AZN vəsait ayırıb.

Mənbə: "Yeni Sabah"

  • Əvvəlki

    Diplomatların xaricdən ölkəyə avtomobil gətirməsinə dair tələblər sərtləşdirilib

Digər xəbərlər

31.08.2023 Tender
Azərsu tender elan etdi
0 0
04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29
24.07.2023 Tender
Mərkəzi Bank tender elan edib
29 21