USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərsu” 5 milyon manatlıq nasos və ehtiyat hissələri aldı

07.12.2020 Tender
0 0
“Azərsu ” Açıq Səhmdar Cəmiyyət iki şirkətlə müqavilə bağlayıb.

"Kommersant.az" xəbər verir ki, bu şirkətlər “Azelmaş” Elmi texniki firması və “TP Trading” MMC-dir.

“Azelmaş” Elmi texniki firması ilə bağlanmış müqavilədə Nasosların təmir işləri üçün zəruri olan ehtiyat hissələrin satın alınması nəzərdə tutulur. Müqavilənin ümumi məbləği isə 4 231 580 manatdır.

“TP Trading” MMC ilə bağlanmış müqavilə isə Dalma nasoslarının satın alınmasından ibarətdir. Bu müqavilənin məbləği isə 925 816 manatdır.

İki müqavilənin cəmi məbləği isə 5 157 396 manatdır.