USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elmar Vəliyevin qardaşı 3,6 milyon manatlıq tenderi qazandı

02.03.2021 Tender
0 0
“Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

"Kommersant.az" açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Rusel” şirkəti (VÖEN- 1600133861) olub.

“Dövlət Məşğulluq Agentliyi” Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi üçün “Rusel” şirkətindən inzibati bina və emalatxana sahəsini icarəyə götürəcək. İcarəyə götrüləcək sahənin minimum 5000 kv.metr olacağı bildirilir. 120 ay müddətinə icarəyə götürüləcək sahə üçün “Dövlət Məşğulluq Agentliyi” “Rusel” şirkətinə 3 milyon 600 min manat 17 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Rusel” şirkəti 23.06.1994-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 55 min 324 manat 80 qəpik olan şirkət bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr, ev 106B ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Vəliyev Şahmar Rüstəm oğludur.

Onu da bildirək ki, “Rusel” şirkətinin qanuni təmsilçisi (direktoru) Vəliyev Şahmar Rüstəm oğlu Gəncə şəhər İcra Hakimiyyıtinin sabiq başçısı Elmar Vəliyevin və Baş prokurorunun müavini, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.

Hazırda Şahmar Vəliyev “Rusel” şirkəti ilə eyni ünvanda yerləşən "Azneftemaş" ASC-nin prezidentidir.

Yeniavaz.com

  • Əvvəlki

    “Azərişıq” və “Azəriqaz”da qiymətlər bahalaşır? - RƏSMİ AÇIQLAMA

Digər xəbərlər

31.08.2023 Tender
Azərsu tender elan etdi
0 0
04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29
24.07.2023 Tender
Mərkəzi Bank tender elan edib
29 21